eliyev tramp 1

ABŞ Prezidenti Donald Trampın Azərbaycan, QazaxıstanÖzbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsindən çox qürur duyuruq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Edil Baysalov deyib.

“Onlardan yalnız birinin dəvəti belə bizi çox sevindirərdi, lakin hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq”, – o bildirib.

Qeyd edək ki, G20 Liderlər Sammitinin bu il 14–15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılır. Azərbaycanın adı da sammitə dəvət olunan ölkələrin rəsmi siyahısında yer alır.

Paylaş: