1728906830 tramp hede

“Dünya indi III Dünya Müharibəsinə həmişəkindən daha çox yaxındır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

O bildirib ki, Amerika administrasiyasının rəhbəri olduğu müddətdə bir çox ölkələri müharibədən çəkindirib.

“Dünya üçüncü dünya müharibəsinin başlanmasına mümkün qədər yaxındır. Ukrayna ilə Rusiya arasında baş verənləri və Yaxın Şərqdəki vəziyyəti nəzərə alsaq biz III Dünya Müharibəsinə heç vaxt bu qədər yaxın olmamışıq”, – deyə Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: