ABŞ Məxfi Xidmətinin əməkdaşları iyulda ölkənin keçmiş prezidenti Donald Trampa sui-qəsd zamanı yol verdikləri səhvlərə görə cəzalandırılıblar.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, xidmətin direktoru səlahiyyətlərini icra edən Ronald Rou bildirdiyinə görə, bu, Amerika Birləşmiş Ştatlarının Məxfi Xidməti tərəfindən uğursuzluq idi. 13 iyul uğursuzluqlarına görə məsuliyyəti öz üzərimizə götürməyimiz vacibdir.
Qeyd edək ki, Trampa ilk sui-qəsd cəhdi iyulun 13-də onun Pensilvaniyada seçkiqabağı çıxışı zamanı baş verib. O, qulağından yaralanıb. Tədbir iştirakçılarından biri həlak olub, daha ikisi yaralanıb.