328480 1767336547527

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə tələb etdiyi təhlükəsizlik zəmanətlərini verməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. 

Nəşr yazır ki, Zelenskinin təhlükəsizlik zəmanəti üçün bütün səyləri nəticəsiz qalacaq. ABŞ prezidenti Ukrayna ilə bağlı hər hansı öhdəliyi üzərinə götürsə belə, onu yerinə yetirməmək üçün asanlıqla manipulyasiyaya əl ata bilər.

Trampın Rusiya ilə birbaşa qarşıdurmaya girməmək üçün belə bir mövqe sərgilədiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: