
“ABŞ Kanadaya tətbiq etdiyi gömrük rüsumlarının həyata keçirilməsini bir aylıq təxirə salıb”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
Trampın bu qərarı Kanadanın Baş naziri Castin Trüdo ilə telefon danışığından sonra verdiyi bildirilir. ABŞ prezidenti görüşdən sonra açıqlayıb ki, Kanada sərhəddə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi, eləcə də narkotik axınının qarşısını almaq öhdəliyini götürüb.
C.Trüdo isə telefon danışığından sonra ABŞ-la sərhədə 10 min nəfərlik qüvvənin yerləşdiriləcəyini açıqlayıb. Üstəlik, sərhədin mühafizəsi üçün vertolyotların cəlb ediləcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Tramp Kanada və Meksikaya 25%-lik gömrük rüsumu tətbiq edib. Lakin Meksikaya da rüsumların tətbiqi 1 aylıq təxirə salınıb.
Əliyar Xəlil
Globalinfo.az