prez xanimi 9

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

Spikerin təklifi deputatlar tərəfindən alqışlarla qarşılanıb.

Sahibə Qafarova çıxışında vurğulayıb ki, 8 Noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olub:

“Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, Böyük Qayıdış proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir. Böyük Qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaradıb. Dövlət başçısının ardıcıl səyləri regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlib”.

Xatırladaq ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə münasibətilə noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur.

Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

Paylaş: