1643460789 kremlin01

Rusiyadan nağd rus rublunun ölkədən çıxarılmasına qadağa tətbiq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Belə ki, qadağa Rusiyadan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə – Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstana, həmçinin Azərbaycana, Tacikistana və Özbəkistana nağd rus rublunun çıxarılmasına şamil olunur.

Qadağanın şərtləri belədir:

Fiziki şəxslər üçün: 1 milyon rublu aşan məbləğin ölkədən çıxarılması qadağandır.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün: məbləğindən asılı olmayaraq, nağd rublun ölkədən çıxarılması qadağandır.

Fərmanla müəyyən edilmiş istisna hallar bu qaydadan kənardır.

Komitə Rusiyadan nağd pul çıxarmağı planlaşdıran şəxsləri qüvvədə olan qaydalar, nəzərdə tutulmuş istisnalarla əvvəlcədən tanış olmağa və onlara əməl etməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: