ABŞ Prezidenti Donald Tramp, orduya İrana qarşı tammiqyaslı hücuma hazırlaşmaq əmri verdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabı olan “TruthSocial”da yazıb.
Dövlət başçısı Vaşinqton və Tehran məqbul bir razılaşma əldə edə bilməsə, hərbi əməliyyatın başlayacağını açıqlayıb. O, bunun “istənilən an” baş verə biləcəyini söyləyib.
Tramp həmçinin qeyd edib ki, Qətər əmiri Təmim bin Həməd Əl Taninin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və BƏƏ prezidenti Məhəmməd bin Zayedin xahişi ilə 19 may tarixində İrana planlaşdırılan hücumları ləğv edib.
Tahir Turan
Globalinfo.az