Tramp Netanyahu34

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığı gərgin keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, əsas gərginlik İranla bağlı olub.

Amerikalı mənbə qeyd edib ki, Netanyahu söhbətdən sonra son dərəcə narahat olub.

“Netanyahu müharibəni yenidən başlatmaq istəyir. Lakin növbəti addımlarla bağlı iki lider arasında fikir ayrılıqları olub”, – deyə vurğulanıb.

Mənbələrin məlumatına görə, Qətər və Pakistan digər vasitəçilərlə birlikdə ABŞ və İran arasında razılaşma üçün yeni sülh sənədi hazırlayıblar.

Donald Tramp Benyamin Netanyahuya bildirib ki, tərəflər müharibəni dayandırmaq və 30 günlük danışıqlara başlamaq üçün “niyyət məktubu” üzərində işləyirlər.

Qeyd edək ki, 17 mayda ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: