Tramp Netanyahu ilə danışdı: İranla razılaşma gündəmdə

maxresdefault 1 2

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqların düzgün istiqamətdə aparıldığını hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən növbəti brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Tramp daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və bu zaman Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi məsələsi müzakirə olunub.

“Onlar həmçinin İranla mümkün razılaşma barədə də danışıblar. Prezident Tramp bu razılaşmanın doğru istiqamətdə irəlilədiyini düşünür”, – deyə Livitt bildirib.

Aysel Əliyeva
Globalinfo.az