“ABŞ Prezidenti Donald Tramp iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti öncəsi bədbin əhval-ruhiyyədədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ötən həftə qapalı müzakirələrdə bir çox rəsmi sammitin problemsiz keçib-keçməyəcəyindən narahatlığını ifadə edib:
“Tramp qapalı görüşlərdə NATO müttəfiqlərinin ABŞ-a kifayət qədər dəstək verməməsindən qəzəblə şikayətlənib və bu narazılıq sonradan onun ictimai çıxışlarında da öz əksini tapıb”.
Telekanalın məlumatına əsasən, Avropa liderləri Ankaradakı görüşün ciddi gərginlik olmadan başa çatacağına ümid edir və Trampı sakitləşdirmək üçün müdafiə sahəsində yeni öhdəliklər açıqlamağa hazırlaşırlar.
NATO-nun baş katibi Mark Rutte də iyunda Ağ Evə səfəri zamanı tərəflər arasındakı fikir ayrılıqlarını yumşaltmağa çalışıb.
Bundan əvvəl Avropa ölkələrində Trampın müttəfiqlərdən narazılığının ABŞ-nin qitədəki hərbi mövcudluğuna yenidən baxılmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar artmışdı. Bildirilir ki, ABŞ kontingentinin NATO çərçivəsində azaldılması məsələsi Ankara sammitinin rəsmi gündəliyində yer almasa da, Ağ Ev rəhbəri Avropadakı müttəfiqlərinə qarşı tənqidi mövqeyini qoruyur.
Əliyar Xəlil
Globalinfo.az