nato

ABŞ Prezidenti Donald Tramp NATO-nu içəridən sarsıtmaq üçün “hiyləgər arsenal”a malikdir”.

Globainfo.az xəbər verir ki, bu barədə Britaniyanın ” The Telegraph” qəzeti  NATO-nun siyasət planlaşdırma şöbəsinin keçmiş rəhbəri Fabris Potyeyə istinadən məlumat yayıb.

“Alyansa, onun etibarlılığına və çəkindirici təsirinə zərər vermək üçün NATO-dan ayrılmağa ehtiyac yoxdur. Məsələn, Tramp NATO Nizamnaməsinin qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddəsini “yumşalda” bilər. Maddədə NATO-nun bir üzvünə hücumun hamıya hücum kimi qiymətləndirildiyi qeyd olunur.

Burada müttəfiqlərin təcavüz halında necə hərəkət etməli olduqları göstərilməyib və bu da Trampa ABŞ-ın NATO üzvlərinə hücuma necə cavab verəcəyini açıq şəkildə bildirmək azadlığı verir”, – deyə Potye bildirib.

Qeyd edək ki,  aprelin 1-də Tramp müttəfiqlərin İrana qarşı hərbi əməliyyata kömək etməkdən imtina etməsi səbəbindən ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: