“Ukrayna Rusiyanın bir hissəsi olmalıdır” – Tramp

Tramp Ukraynanın Rusiyanın bir hissəsi olacağına inanırdı.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə keçmiş direktoru Fiona Hillə istinadən məlumat yayıb.

“Tramp açıq şəkildə bildirdi ki, o, Ukraynanın, xüsusilə də Krımın Rusiyanın bir hissəsi olacağını düşünürdü”, –  Fiona Hill David Sangerin müəllifi olduğu “Yeni soyuq müharibələr: Çinin yüksəlişi, Rusiyanın işğalı və Amerikanın Qərbi müdafiə etmək üçün mübarizəsi” kitabından sitat gətirib.

“The Guardian” qəzetinin yazdığına görə, kitab aprelin 16-da ABŞ rəflərində satışa çıxacaq.

Əliyar Xəlil
Globalinfo.az