Fələstinin HƏMAS hərəkatı Amerikanın təklif etdiyi sazişin şərtləri ilə razılaşmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Həmas ilə razılaşma oktyabrın 5-nə qədər əldə edilməlidir. Bütün ölkələr razılaşmanı imzalayıb. Bu son şans reallaşmasa, HƏMAS heç kimin görmədiyi cəhənnəmlə üz-üzə qalacaq”, – Tramp vurğulayıb.
Bundan əvvəl Ağ Ev Qəzza zolağında münaqişənin həlli planını açıqlayıb. Tramp hərbi əməliyyatların tamamilə dayandırılmasını və Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların 72 saat ərzində azad edilməsini tələb edir. Bundan başqa, sənəd Qəzza zolağının keçid dövrü üçün xarici idarəetməyə verilməsi təklifini irəli sürür. Anklavın sakinlərinə gedib-qayıtmaq imkanı veriləcək.
Əliyar Xəlil