tramp 2 900x506 3

“Zərurət yaranacağı təqdirdə Vaşinqton İranın elektrik stansiyalarına və dəniz suyunun duzsuzlaşdırılması (şirinləşdirilməsi) obyektlərinə zərbələr endirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib:

“Onların elektrik enerjisi istehsal edən stansiyaları var. Əgər lazım gələrsə, həmin stansiyaları sıradan çıxaracağıq. Mən bunu etmək istəmirəm, amma məcbur olsaq, bu addımı atacağıq. Onların dəniz suyunu duzsuzlaşdıran qurğuları da var. Lazım gələrsə, onları da sıradan çıxaracağıq. Açığı, xüsusilə bu obyektləri hədəfə almaq istəməzdim”, – deyə Tramp Zelenski ilə görüşü zamanı vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: