tramp abs irana 20 defe daha guclu zerbe endirecek 1773116210

Donald Tramp bəyan edib ki, İran Vaşinqtondan münaqişənin nizamlanması ilə bağlı danışıqların davam etdirilməsini istəyib və ABŞ bu təkliflə razılaşıb.

Globalinfo.az xəbər verir ki, bununla yanaşı, o, atəşkəs rejiminin artıq başa çatdığını bildirib.

İran İslam Respublikası bizdən danışıqları davam etdirməyi istədi. Biz buna razılaşdıq, lakin eyni zamanda açıq şəkildə bildirdik ki, atəşkəs rejimi artıq qüvvədə deyil”, – Tramp “Truth Social” hesabında yazıb.

Xatırladaq ki, bu həftə ABŞ Oman ərazi sularında, Hörmüz boğazı yaxınlığında ticarət gəmilərinə hücumlara cavab olaraq İrana iki dəfə zərbələr endirib. Bundan başqa, Vaşinqton Tehranın neft ixracına imkan verən lisenziyanı da ləğv edib.

Buna cavab olaraq İran ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına raket zərbələri endirib. Donald Tramp daha sonra İran rəhbərliyini sərt tənqid edərək onları “dəli” adlandırıb və atəşkəsin başa çatdığını bir daha vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: