ABŞ Prezidenti Donald Tramp Ağ Evin əvvəlki vəziyyəti barədə sərt ifadələr işlədib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, Ağ Evin həm daxili, həm də xarici görünüşü uzun müddət baxımsız vəziyyətdə olub.
O, əvvəlki prezidentlərin binanın vəziyyətinə lazımi diqqət göstərmədiyini bildirib:
“Açığı, bura əsl zibillik idi. Əvvəlki prezidentlər ona qayğı göstərmirdilər”.
ABŞ lideri Ağ Evin yenilənməsi ilə şəxsən məşğul olmaqdan zövq aldığını da vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az