Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıdadır.
Globalinfo.az xəbər verir ki, bununla bağlı o öz tivtter hesabında paylaşım edib.
T.Klaar, -“Münhendəki görüşlərdən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə substantiv danışıqları səbirsizliklə gözləyirəm.Bu gün (Qarabağda) baş verən ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda irəliləyişin vacibliyini vurğulayır”-deyə, bildirib.
***
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Caucasian Bureau” məlumat yayıb.
Qeyd olunub ki, Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.