qezza 99

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ilə iranyönümlü qruplaşmalar arasında razılıq əldə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Akhbar” qəzeti məlumat yayıb.

Razılığa əsasən, bundan sonra sözügedən qruplar Qəzzaya dəstək üçün İsrailə zərbə endirməyəcəklər.

Qeyd edək ki, İsrail daha əvvəl Yəmənin “Ənsarullah” (husilər) qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlara başladığını açıqlayıb. Lakin Təl-Əvivdə güc strukturlarının husilər əvəzinə İrana hücumun olmasını təklif etdikləri bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: