WhatsApp Image 2023 05 01 at 12.20.41

Silahlı qüvvələrin şəxsi heyətinə xüsusi mesajım var: Siz İranın milli ordususunuz, İslam Respublikasının yox.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran şahının oğlu Rza Pəhləvi deyib.

“Sizin çox vaxtınız qalmayıb. Ən qısa zamanda xalqa qoşulun”, – o bildirib.

Qeyd edək ki, İranda 2025-ci il dekabrın 28-dən milli valyutanın devalvasiyası ilə bağlı kütləvi etirazlar başlayıb. Baş verən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla, ölənlərin sayının 3000 nəfərə çatdığı bildirilir.

Paylaş: