SON DƏQİQƏ! İrandakı səfirliyimizə hücum edildi: ölən və yaralananlar var – VİDEO/18+/YENİLƏNİB

İrandakı səfirliyimizə hücum zamanı həlak olan şəxsin adı Orxan Əsgərovdur.

Bu barədə “Caliber” kanalı məlumat yayıb.

***10:20

Azərbaycanın İrandakı səfirliyinə hücum edildi.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber.az” teleqram kanalı məlumat yayıb.

“Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edildi. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin əməkdaşı qəhrəmancasına həlak olub, iki nəfər yaralanıb. Hazırda Azərbaycan tərəfindən təcili araşdırmalar aparılır. Əlavə məlumat veriləcək”, – bildirilib.

Zaira Akifqızı
Globalinfo.az