HXL5AWZLCVNLJF2UFIRVHA6LPI

Tayvanın paytaxtı Taybeydə Çinin mümkün hücumu zamanı baş verə biləcək hadisələri simulyasiya edən illik “Han Kuang” hərbi təlimləri çərçivəsində genişmiqyaslı məşqlər keçirilib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, təlimlər zamanı şəhərdə hava hücumu sirenləri işə salınıb, küçələr boşaldılıb, sakinlər və işçilər yeraltı dayanacaqlarda sığınacaqlara yerləşdirilib. Bəzi yeraltı avtomobil dayanacaqları müvəqqəti tibbi məntəqələrə çevrilib və burada tibbi personalın iştirakı ilə xilasetmə məşqləri keçirilib.

“Şəhər dayanıqlılığı” adlı hava hücumundan müdafiə təlimləri zamanı restoran əməkdaşları və digər sakinlər təhlükəsizlik tədbirlərinə əməl edib, polis əməkdaşları yollarda barrikadalar qurub və mövqelər tutublar. Küçələrdə tüstülənmə və mümkün hücumun nəticələrini imitasiya edən digər ssenarilər də canlandırılıb.

Təlimlərin bir hissəsində raket hücumu nəticəsində kommunikasiya infrastrukturunun sıradan çıxması da simulyasiya edilib. Mobil rabitəyə çıxışın məhdudlaşdırılması barədə smartfonlara xəbərdarlıqlar göndərilib.

Hərbi məşqlər çərçivəsində Tayvan ordusunun zirehli texnikası, hərbi polis və piyadaların iştirakı ilə müxtəlif əməliyyatlar həyata keçirilib. Zirehli texnika gecə saatlarında Hualyendən Yilana göndərilərək bölgənin müdafiəsinin gücləndirilməsi ssenarisi üzrə yerləşdirilib. Əsgərlər həmçinin strateji əhəmiyyətli limanın müdafiəsi üzrə məşqlərdə iştirak ediblər.

Təlimlər Tayvanın mümkün hərbi qarşıdurma, hava hücumu və kommunikasiya sistemlərinə zərbə zamanı həm ordunun, həm də mülki əhalinin hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.

2WMWW3A42BNXVI7KTCQKR4RTFU 3Z434GRVZFOCRPTHZ7FGTJXIGA 4AZEHBY535J5NEXJ5WAKISPNCI 4CMHUANSURKOPOIXUYXHGWNGZU 6XHEPTZJSNIURBAV4SPRVTTHIU GXQTUNOJLFLEHFSB7TFELPXA2A HHSROLY7VVNSHKJMBKCFQYR3LU KGZYI3VGPZN7JBTU4RTP56EQKY LOE2ETKOAJMCZN5DX7MD5GTLDM LQOCY56TOZILJLBTELYKYQZT5I SOVM3D3KSNIYNCXZ4RGD4C5CNE X6MERKNPKFPMVE7UESOHQAAFDY XVLPPGL2Q5M35HBBKRY4GYTTMY YDWRIZOLMVNZFLYULF5V7ZWY5E

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: