“Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçısı olmuş müğənni Samir Cabbarov vəfat edib.
Globalinfo.az bildirir ki, bu barədə ifaçının həyat yoldaşı, müğənni Oksana Smirnova məlumat yayıb.
O, sosial şəbəkə hesabında “Günəşim söndü…”, – yazıb.
Müğənninin dostları, tanışları ona başsağlığı veriblər.
Qeyd edək ki, S.Cabbarov dil xərçənginin ağır formasından əziyyət çəkirdi.