Ekstrasens Zirəddin Rzayevin maraqlı görüntüləri yayıldı – VİDEO

Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayevin maraqlı görüntüsü yayılıb.

Globalinfo.az xəbər verir ki, Z.Rzayev mahnı ifa edib.

O, sözləri Cabir Novruza, musiqisi Faiq Sücəddinova məxsus olan məşhur “Azərbaycanım” mahnısını səsləndirib.

Qeyd edək ki, sözügedən mahnının ifaçısı Xalq artisti Brilliant Dadaşovadır.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az