Taleh Kazımov III “Yüksəliş”in qalibləri ilə görüşdü – FOTO

Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov III “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyevlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bunu baş bankir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Görüşdə qalibləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladıq. Eyni zamanda onların fərdi inkişaf planlarına, həmçinin Mentorluq proqramının yüksək səviyyədə həyata keçirilməsi üçün AMB-nin göstərəcəyi dəstəyə dair müzakirələr apardıq” – deyə T.Kazımov qeyd edib.