Taleh Kazımov audit şirkətlərinin rəhbərləri ilə görüşdü

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sentyabrın 8-də audit şirkətlərinin rəhbərləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə AMB sədri özünün “Twitter” hesabında bildirilib.

“Görüşdə ölkədə maliyyə bazarlarının inkişafı, daxili investisiya mühitinin daha da sağlamlaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən görülən tədbirlər müzakirə edilib” – deyə Taleh Kazımov əlavə edib.