Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

682ac0e4 dc1d 3f71 b84f d6918dda76ad 850

19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

Vurğulanır ki, Mədəniyyəti Günləri strateji tərəfdaş olan ölkələrimizin daha da yaxınlaşmasına, mədəni mübadiləyə yeni töhfələr verəcək.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib.

Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir.