“ABŞ Suriyanın şimalında yeni hərbi baza yaratmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
O bildirib ki, prezident Co Baydenin istefa verən administrasiyası Suriya və İraqdakı qüvvələrin mövqeyini dəyişməyə cəhd etmir.
Qeyd edək ki, daha öncə ABŞ Xarici Kəşfiyyat Xidmətinin mətbuat ofisi bəyan etmişdi ki, Bayden administrasiyası və Britaniya hakimiyyəti Suriyada vəziyyətin yenidən gərginləşməsini istəmir. Bu, Qərb ölkələrinə regionda hökmranlıq etmək məqsədinə daha tez nail olmağa imkan verəcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az