Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum oldu

masin yanir

Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəratdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

Globalinfo.az Report-a istinadən verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində “Kia” markalı, 50 CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

***10:00

Sumqayıt şəhərində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.