İkimərtəbəli evinə qəsdən od vurdu – VİDEO

681e3365327b9681e3365327ba1746809701681e3365327b7681e3365327b8

Sumqayıtda baş vermiş yanğının təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” adlı ərazisində yerləşən fərdi yaşayış mənzillərinin birində qeydə alınıb.

Ev sahibi Zakir Qasımov isə yanğını qəsdən törətdiyini söyləyib: “Evi özüm yandırmışam. İstəmirəm ki, arvadıma və oğluma qalsın, 10 ildir ki, aramızda söz-söhbət var”, – deyə o söyləyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.