Bakı sülhməramlıları Qarabağdan çıxarmır: səbəbi var- Zatulin

1696505605 1be339aba93d5ad53f057804d92b7bbe

“Qarabağdakı ermənilərin köçündən sonra Rusiya sülhməramlılarının orada qalması üçün səbəblər azalıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB Komitəsi sədrinin birinci müavini, deputat Konstantin Zatulin deyib.

O bildirib ki, ermənilərin Qarabağı tərk etməsi sülhməramlıların burada qalmasına əsas göstərilən səbəbləri sarsıdıb:

“Azərbaycan hələ ki sülhməramlıların çıxarılması məsələsini gündəmə gətirməyib. Bakı istəmir ki, Moskva özünü məğlub hiss etsin. Bu gün sülhməramlıların Qarabağda qalması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdən asılıdır.

Əslində, Qarabağdakı erməni əhalinin əsas hissəsi köçdüyü üçün sual yaranır: bizim hərbçilərin orada nə işi var? Hələ ki sülhməramlıların ərazidən çıxarılması üçün məsələ qaldırılmayıb. Amma reallıq budur ki, sülhməramlılarımızın Qarabağda qalması üçün səbəb azdır”.

Ayşən Mustafa
Globalinfo.az