Süleyman Nemətov və daha iki polis general rütbəsi aldı

Daxili İşlər Nazirliyinin 3 əməkdaşına general rütbəsi verilib.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, onlar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Nemətov, DİN Katibliyinin rəisi Nahid Məmmədzadə və Çevik Polis Alayının rəisi Ramil Piriyevdir.

Polis polkovniki olan hər üç şəxsə polis general-mayoru xüsusi rütbələri verilib.

Qeyd edək ki, onlara yüksək rütbə verilməsi ilə bağlı Prezident sərəncamı elan olunmayıb.