“Su müharibələri” başlaya bilər: Azərbaycanı nə gözləyir?

“Azərbaycan su qıtlığı problemi ilə üz-üzə olan 33 ölkə arasında 18-ci yerdədir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, bu gün dünyada “su müharibələri”nin başlaması ehtimalı böyükdür:

“Nəzər almaq lazımdır ki, su resurslarının idarə olunması məsələsi hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması da buna xidmət edir. Su resurslarının idarə edilməsi məsələsinə diqqət etməliyik. Bəlkə də, artıq belə mübarizələr baş verir, qlobal müstəvidə resurlar uğrunda qarşıdurma gedir. Amma bizim su ehtiyatlarımız tələbatımızdan 7-8 dəfə çoxdur. Prezident İlham Əliyev sadəcə torpaqlarımızın deyil, su ehtiyatlarımızın 41%-ni də işğaldan azad etdi. Bu məsələyə konseptual yanaşmaq lazımdır. Su resurların idarəsi üçün qurumun yaradılması ilə yanaşı dövlət proqramına da ehtiyac var.

Azərbaycan postsovet ölkələrin arasında su ehtiyatlarına görə yaxşı yerdədir, lakin diqqətçəkən məqam var: dünya səviyyəsində müxtəlif reytinq cədvəllərinə görə ölkəmizədə illik su təlabatı 1,6 milyard kubmetrdir, amma 5 milyard kubmetrdən çox su ehtiyatından istfadə edilir”.

Ayşən Mustafa
Globalinfo.az