Stoltenberq Zelenski ilə görüşdən imtina etdi

NATO-nun Baş katibi Yens Stoltenberq hazırda Brüsseldə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yens Stoltenberq özü məlumat verib.

“Xeyr, mən onunla görüşməyəcəyəm, biz yaxınlarda Kiyevdə görüşmüşük”, – baş katib bildirib.

Qeyd edək ki, Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalamaq üçün dünən Brüsselə gəlib.