isiq

İranın ABŞ və İsrailin hücumundan sonra sərgiləyəcəyi mövqe beynəlxalq gündəmin əsas müzakirə mövzularındandır. Belə ki, bəzi iddialara görə, İslam Respublikası yumşaq və diplomatik ritorikaya üstünlük verəcək. Müəyyən bir qrup isə ehtimal edir ki, ABŞ və İsrailə qarşı münasibət daha da kəskinləşəcək.

Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli ABŞ və İsrailin İrana hücumları gözlənilən idi:

“Tehran müəyyən mənada bu ssenariyə hazır görünürdü. Mövcud siyasi-dini rəhbərliyin davranışı da proseslərin artıq yeni mərhələyə keçdiyini göstərir. Məsələ təkcə ABŞ və İsrailin təhdidləri, yaxud müharibə amili ilə məhdudlaşmır. Daxildəki reallıqlar da ciddi rol oynayır”.

1

Faiq Ələkbərli

Siyasi şərhçi bildirib ki, hazırkı vəziyyətdə hakimiyyət modelində müəyyən transformasiyalar baş verə bilər:

“Belə ki, hakimiyyətin dəyişəcəyi və bir sıra sahələrdə ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir. Bu, fərqli ad altında və ya müvəqqəti hökumət formatında ola bilər. Başqa real çıxış yolu görünmür.

Digər tərəfdən, Rusiya, Çin və digər aktorların İran rejiminə yetərli, eləcə də açıq dəstək verməməsi onun mövqeyini zəiflədir.”.

Ləman İmran
Globalinfo.az

Paylaş: