Şəmkirə və Daşkəsənə dolu yağdı – VİDEO

Gəncə və ətraf rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə ərzində rayonun Dəsdəfur kəndinə dolu düşüb.

Həmçinin güclü yağış nəticəsində Quşçu kəndinə sel gəlib.

Hazırda Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

***

Bu gün Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə güclü dolu yağıb.

Globalinfo.az xəbər verir ki, hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.

Bildirilib  ki, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub.

Videonu təqdim edirik:

Ayşən

Globalinfo.az