İran BƏƏ-yə hücum edib. Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran tərəfindən atılan üç raketin zərərsizləşdirildiyini, dördüncünün isə dənizə düşdüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
BƏƏ rəsmiləri bildiriblər ki, İran mənşəli pilotsuz uçuş aparatının zərbəsindən sonra neft obyektində yanğın baş verib. Dubay və Şarja hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.
“İrandan BƏƏ istiqamətində hərəkət edən dörd qanadlı raket aşkarlanıb. Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, dördüncüsü isə dənizə düşüb. Ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava təhdidlərinin qarşısının alınması ilə bağlıdır”, – deyə rəsmilər vurğulayıblar.
Bu arada, baş verən adisələr fonunda Brent markalı neftin qiyməti 114 dollardan yuxarı qalxıb.
Əliyar Xəlil