
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə növbəti qeyri-adi paylaşımı ilə diqqət çəkib. O, öz şeirlərinə bəstələnən musiqini zərb alətlərində ifa etdiyi videogörüntünü yayımlayıb.
Globalinfo.az-ın xəbərinə görə, Paşinyan videoya əlavə etdiyi qeyddə bildirib ki, onun müəllifi olduğu şeir “Real Ermənistan — Ermənistan Respublikası” adı altında mahnıya çevrilib.
Məlumata görə, sözügedən video İrəvan yaxınlığında yerləşən restoranlardan birində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının keçirdiyi siyasi toplantıdan sonra lentə alınıb.
Aysel Əliyeva
Globalinfo.az