“Xalq keçmişə getmir, Qarabağ klanı geri qayıtmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
O qeyd edib ki, ölkədə baş verən siyasi dəyişikliklər geri dönüşü olmayan prosesdir və cəmiyyət artıq əvvəlki idarəetmə modelini qəbul etmir.
Simonyanın sözlərinə görə, Ermənistan vətəndaşları yeni siyasi kursu dəstəkləyir və keçmiş hakimiyyətin yenidən qayıdışı mümkün deyil.
Parlament sədri əlavə edib ki, ölkədə demokratik institutların möhkəmləndirilməsi və siyasi sabitliyin qorunması əsas prioritetlərdəndir.
Tahir Turan
Globalinfo.az