Simonyanın ailəsində həbs skandalı

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Aravot” öz mənbələrinə istinadən məlumat yayıb.

A.Gevorqyanın hazırda istintaq komitəsində olduğu deyilir.

Ermənistan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məsələyə münasibət bildirməyib.

Spikerin qohumunun hansı səbəbdən həbs olunduğu məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az