Simonyandan sensasiya: Sülh sazişinin vaxtını açıqladı

“Bakı iradə nümayiş etdirsə, Azərbaycanla 15 gün ərzində sülh müqaviləsi imzalana bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

“Demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatları açıqlamaq istəmirəm. Ən azı yaxın müddətdə ermənilərin Xankəndiyə, Şuşaya və Qarabağın digər ərazilərinə qayıtması qeyri-mümkündür. Sülh prosesinə zərər verməmək üçün nifrət nitqi və “etnik təmizləmə” ifadələri istisna edilməlidir. Bilirəm ki, Azərbaycan bütün bəyanatlarımızı izləyir, proseslərə diqqət edir. Ona görə bu kimi çıxışlara fasilə vermək lazımdır”, – Simonyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az