Simonyan sülh müqaviləsindən danışdı: “Sərhədlə bağlı razılaşma olmasa…”

“Tərəflər sərhədlərin delimitasiyası məsələsində razılığa gəlməsələr, Azərbaycanla heç bir sənəd imzalanmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, Azərbaycanla danışıqların və işçi qruplarının təmaslarının davam etdiyini bildirib.

“Bəlkə də nə vaxtsa razılığa gəlməsək, nəyisə imzalamaqdan imtina edəcəyik”, – deyə Simonyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az