Ermənistan parlamentinin sədri Alen Simonyan İran fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolamini qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Asambleyası məlumat yayıb.
Simonyan səfiri yeni təyinatı münasibətilə təbrik edib, onun fəaliyyətinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Tərəflər görüş zamanı parlamentlərarası əlaqələrin inkişafına və regional maraq doğuran məsələlərə toxundular.
Əliyar Xəlil
Globalinfo.az