Seyfəddin Həsənov vəfat etdi

olum yas

Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, bir sıra rayonların prokuroru olmuş Seyfəddin Həsənov vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorluğun veteranı S.Həsənov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Seyfəddin Həsənov 2016-cı ildə təqaüdə göndərilib.

Onun son iş yeri Sabirabad rayon prokuroru vəzifəsi olub.