Azərbaycanlı müğənni ABŞ sərhədçiləri tərəfindən öldürüldü

VMDyDTn2T8lSrb7hRF74GRu8bK9shodjwi2YZm1a 1200

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Globalinfo.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.

“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.