Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda iki marşrut xəttinin hərəkət sxemi dəyişdirilir – FOTO

Dekabrın 17-də Bakının Suraxanı rayonundakı dəmiryol keçidində aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, 113 və 191 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.