Ermənilərdən Şuşa yaxınlığında yeni təxribat – FOTO

Qarabağdakı separatçı tör-töküntüləri Şuşanın İmamqulular kəndi istiqamətində təxminən 1 km uzunluğunda yeni yol salıblar.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.

Yolun hərbi məqsədlər üçün çəkildiyi, hazırda isə separatçıların həmin istiqamətdə yeni döyüş mövqeləri inşa edərək maskalanmağa çalışdıqları bildirilib.