Separatçılar arasında qarışıqlıq: Arayik yeni “qurum” yaradır

Qarabağ separatçıları yeni “hakimiyyət orqanı” yaradırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazır.

Bu barədə separatçıların başçısı Arayik Arutyunyanın açıqlaması gözlənilir.

“Praktika göstərir ki, heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Buna görə də yeni struktur kollektivlə olacaq” , – deyə məlumatda bildirilir.

A.Arutyunyan bu addımı atmaqla gələcəkdə heç kimin onu verdiyi “ağır qərar”lara görə tək qınamamasına çalışır.

Separatçılar düşünürlər ki, A.Arutyunyanın bəyanatları və etirazları tamaşa xarakterlidir, əslində o Azərbaycana inteqrasiyaya razıdır.

İntiqam Əhmədov
Globalinfo.az