Separatçı liderlərin şəkilləri buradan yığışdırıldı – FOTO

“Artsax” liderlərinin şəkilləri olan plakatların Xancyan küçəsindən yığışdırılması hökumətin zəifliyi və İlham Əliyevdən qorxduğunun göstəricisidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nikol Ağbalyan” tələbə birliyinin bəyanatında bildirilib.

“Xancyan küçəsinin estakadasının hər iki tərəfində “Erməni liderləri Bakıda həbsdədir” sözləri və “artsax” hərbi-siyasi rəhbərliyinin fotolarını əks etdirən plakatlar asmışdıq. Lakin cəmi bir neçə saatdan sonra plakatlar yığışdırıldı”, – bəyanatda qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az