qarabag savas 545

“İran Zəngəzur dəhlizinə qarşı olduğunu Ermənistandakı səfiri vasitəsilə bəyan edir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını və bunun beynəlxalq geosiyasi bir layihə olduğunu vurğulayıb. Bununla bağlı Azərbaycan dəmir yol və avtomobil yolunun çəkilişini davam etdirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Tehran rejimi məhz Zəngəzurda Ermənistanla birgə Azərbaycana qarşı təxribatlara hazırlaşır:

“SEPAH bu istiqamətdə Ermənistan kəşfiyyat qrupu ilə təlimlər keçirir. İranın və Ermənistanın bu təxribatlarına Azərbaycan və Türkiyə ciddi cavab verəcək. Nəticədə Zəngəzur dəhlizi Azərbaycanın nəzarətinə keçə bilər. Fransa da Avropa İttifaqının tərkibində öz hərbçilərini Zəngəzur istiqamətində yerləşdirməyi planlaşdırır. Bu, Ermənistan Baş naziri Nikol Paşinyanın planıdır. N.Paşinyan regionda çox ciddi strateji səhvlər edir. Türkiyə və Rusiyanın əleyhinə olaraq Fransa hərbçilərini regionda yerləşdirməsi Ermənistanın blokadada qalmasına səbəb olacaq.

Ermənistan rəhbərliyi sülh prosesindən yayınmaqla riskli gedişlər edir. Riskli oyunlar Ermənistan üçün uduşlu olmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: